UNEC İnklüziv Təhsil Mərkəzi, Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzinin birgə təşkilatçılığı ilə “Onlayn təhsildən oflayn təhsilə” mövzusunda psixoloqla silsilə görüşlər keçirilir.
UNEC İnklüziv Təhsil Mərkəzi və Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən ilk tədbir Rus İqtisad Məktəbində təşkil olunub. Görüşlərin keçirilməsinin məqsədi COVİD-19 pandemiyası dövründə tələbələrdə yaranan psixoloji problemlərin aradan qaldırılması və ümumi psixoloji vəziyyətin yaxşılaşdırılması olub. Görüşdə Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzinin aparıcı mütəxəssisləri Günel Axundova, Rəna Quliyeva və Emin Səfərov pandemiyanın təhsilin təşkilinə olan təsirlərindən, tələbələrin pandemiya şəraitinə adaptasiyası və onların qarşılıqlı münasibətlərindən danışıblar. Eləcə də tələbələrlə bu istiqamətdə müzakirələr aparıblar.