A

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Zəfər Günü və 10 noyabr – Beynəlxalq Mühasiblər Günü münasibəti ilə UNEC-in Maliyyə və mühasibat fakültəsinin məzunu, Vətən müharibəsində şəhid olmuş Mürsəl Kazımlının xatirəsinə həsr olunmuş tədbir keçirib.

Maliyyə Elm-Tədris Mərkəzinin rəhbərliyinin və müəllim heyətinin, Maliyyə və mühasibat fakültəsinin dekanı Hafis Hacıyevin, şəhidin ailə üzvlərinin və digər qonaqların iştirak etdiyi tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid məzunun ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söhbət açılıb. Fakültə dekanı Hafis Hacıyev çıxış edərək Mürsəl kimi igid oğulların, cəsur əsgərlərimizin, qazilərimizin qanı, canı bahasına əldə olunan qələbəmizin 30 illik Vətən həsrətinə son qoyduğunu deyərək, xalqımızın bu cür oğullarımızla fəxr etdiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib.

Şəhidin atası Kamil Kazımov övladı ilə bağlı xatirələrini bölüşüb, onunla qürur duyduğnu deyib.

TOP XƏBƏRLƏR