Noyabrın 18-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Əsəd Əsədlinin anım günü olub.
Əsəd Əsəlinin anım mərasimində ailə üzvləri ilə yanaşı, Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, dosent Yalçın Köçərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələri, şəhidin dostları və hərbçi yoldaşları da iştirak ediblər. UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.