A

UNEC-in Biznes və menecment ilə Maliyyə və mühasibat fakültələri “İnsan alverinə qarşı mübarizə: insan alveri cinayətinin anlayışı və insan alveri qurbanlarının indikatorları” mövzusunda maarifləndirici tədbir keçirib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü vəkil Turan Abdullazadə tələbələrə insan alveri cinayətinin anlayışı, cinayətin qurbanları və onların indikatorları, eləcə də bu cinayətə qarşı mübarizədə görülməli olan preventiv və profilaktiki tədbirlər barədə məlumatlar verib.

Tədbirdə Biznes və menecment fakültəsinin katibi Elxan Salayev tədbirin əhəmiyyətindən bəhs edərək bu sahədə gənc nəslin diqqət etməli məqamlara toxunub. Sonda tədbir iştirakçıları arasında maraqlı diskursiya formatında müzakirələr aparılıb və suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR