Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqı (ƏTİ) Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatı dəstəyi ilə 3 dekabr Əlilliyi olan şəxslərin beynəlxaləq günü münasibəti ilə “Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans təşkil edilib.
Konfransı giriş sözü ilə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli açaraq 3 dekabr Əlilliyi olan şəxslərin beynəlxalq günü və layihə haqqında məlumat verib.
Sonra BMT-nin Azərbaycandakı əlaqələndiricisi Vladanka Andreyeva BMT-nin Azərbaycanda olan nümayəndəliklərinin əlillik sahəsində həyata keçirdikləri layihələr və hədəflər mövzusunda çıxış edib.
Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen isə konfrans iştirakçılarına videomüraciətlə çıxış edərək görülmüş işlərə münasibət bildirərək, Finlandiya hökümətinin Azərbaycanda dəstəklədiyi layihələr barədə məlumat verib.
Tədbirdə əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması, özünəməşğulluq proqramları çərçivəsində görülən işlərdən danışılıb, bu sahədə müxtəlif beynəlxalq təşkilatlarla, eləcə də özəl şirkətlərlə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova müzakirələrdə iştirak edərək və UNEC-də inklüziv təhsilin təşkilindən məlumat verib.