A

Dekabrın 18-də Qarabağın azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış UNEC məzunu şəhid Mixail Həmidovun ad günü idi, yaşasaydı 38 yaşı olacaqdı.

Şəhid Mixailin doğum günü tədbiri II Fəxri Xiyabanda şəhidin məzarı önündə keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, övladları ilə yanaşı, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və tələbələr də iştirak edib.

UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil qoyublar və gül dəstələri düzüblər.

TOP XƏBƏRLƏR