2 fevral - Azərbaycanda Gənclər Günü münasibəti ilə UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə “Sabahımız Sizlərsiniz” adlı tədbir keçirildi.
Tədbirdə çıxış edən kollecin Tələbə Gənclər Təşkilatının sədri, 44 günlük Vətən müharibəsinin iştirakçısı Əli Sultanlı bildirdi ki, 1994-cü ildən ölkəmizdə aparılan gənclər siyasəti Qarabağın işğaldan azad edilməsində özünü göstərdi.
Döyüşlər vaxtı məktəblilərin əsgərlərə göndərdiyi məktubları oxuyanda fikirləşirdik ki, sabahımız etibarlı əllərdədir. Bu gün Azərbaycan gənci fəxr etməlidir ki, layiqli, savadlı və qalib bir millətin övladıdır.
Kollecin direktoru,pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov çıxışına Ulu Öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri ilə başlayaraq bildirdi ki, yürüdülən düşünülmüş gənclər siyasətinin nəticəsidir ki, 2020-ci ilin sentyabrın 27-də başlanan cəmi 44 gün sürən Vətən müharibəsində əsasən gənclərdən ibarət olan müzəffər ordumuz igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi.
Gənclər siyasəti sahəsində atılan addımlar və qəbul olunan qərarlar Prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.
Sonda bir qrup tələbəyə gənclər siyasətinin təbliğindəki fəallığa görə diplomlar verildi.