×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC ) “UNEC Future Club” Tələbə Təşkilatının və Kiber Təhlükəsizlik Platformasının birgə təşkilatçılığı “Azərbaycanda Kiber Təhlükəsizlik” seminarı keçirilib.

Seminarda Kiber Təhlükəsizlik Platformasının təsisçi Şahin Əliyev, kiber təhlükəsizlik mütəxəssisləri Məmməd Rəhimzadə, Əlili Murad, informasiya təhlükəsizliyi üzrə hüquq araşdırmacısı Nigar Quliyeva, Sabah.lab rəhbərliyindən Talifa İsgəndərli, UNEC-in Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakultələrinin tələbələri iştirak ediblər.

Tədbirin açılışında “UNEC Future Club” Tələbə Təşkilatının sədri Murad Ələsgərli təqdimatla çıxış edib. Sonra Şahin Alıyev təsisçisi olduğu Kiber Təhükəsizlik Platforması barədə iştirakçılara ətraflı məlumat verib. Seminar zamanı Azərbaycanda kibertəhlükəsizlik inkişafı, “owasp” fəaliyyətləri, “offensive security”, məlumat və verilənlər bazasının təhlükəsizliyi barədə maraqlı informasiyalar diqqətə çatdırılıb. İnformasiya təhlükəsizliyi hüququndan danışan Nigar Quliyeva bu sahənin qanunvericiliyinin önəmli məqamlarını açıqlayıb.

Çıxışlardan sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR