A

Xalqımızın əziz bayramlarından olan Novruzun gəlişi UNEC-in nəzdində Sosial-İqtisadi Kollecində böyük təntənə ilə qeyd olunub.

Kollecin direktoru, pedaqoji elmlər doktoru Vidadi Orucov tədbirin açılışında çıxış edərək, Novruz bayramının xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. O, müəllim və tələbə heyətini bayram münasibətilə təbrik edərək, dövlətimizə, xalqımıza xoşbəxt və firavan həyat arzulayıb.

Tədbirdə kollecin tələbələrinin Novruz atributlarını özündə əks etdirən səhnəcikləri və hazırladıqları "Novruz töhfələri" adlı sərgi müəllim-tələbə heyətinə xoş anlar yaşadıb. Bayram şənliyi Novruz tonqalının ətrafında davam edib. Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatıblar.

TOP XƏBƏRLƏR