Ümümi Fənlərin Tədrisinin Təşkili Departamentinin Tələbə Elmi Klubu 31 Mart -Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan dəyirmi masa keçirib.
“Unudulmaz faciə” mövzusunda təşkil olunan tədbirdə ÜFTTD-nin direktoru dos.Gülnarə Rzayevə 1918-ci ilin mart soyqırımından bəhs edib. Bu faciəni öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri kimi qiymətləndirib.
TEK-in sədri, Humanitar fənlər kafedrasının baş müəllimi Cəmilə Həsənova tələbələrə azərbaycanlılara qarşı baş vermiş soyqırım hadisəsinin tarixi və acı nəticələri barədə məlumat verib.
Sonra tələbələrdən Mələkxanım Ələsgərli, Röya Cəfərova, Malik Cəfərli, Nurlan Hümbətli, Zəka İbrahimov, Pərinaz Rəhimli soyqırımla bağlı fikirlərini bölüşüblər, şer səsləndirib və musiqi parçası ifa ediblər.