Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2022-2023-cü tədris ili üçün SABAH qruplarına qəbulla bağlı I kurs tələbələrilə görüş keçirilib.
Tədbirdə UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru dosent Gəray Musayev, UNEC SABAH mərkəzinin rəhbəri Aida Quliyeva, SABAH mərkəzinin İcra Komitəsinin rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev və komitənin digər nümayəndələri iştirak ediblər.
Prorektor Gəray Musayev tələbələrə SABAH mərkəzinin üstünlükləri, tədris prosesi barədə məlumat verib.
Sonra UNEC-in SABAH mərkəzinin rəhbəri Aida Quliyeva mərkəzin yeniliklərindən, tələbə və məzunların uğurlarından danışıb.
SABAH mərkəzinin İcra Komitəsinin rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev isə tələbələrə SABAH” qruplarının mahiyyəti, qəbul qaydaları, tədris prosesi barədə məlumat verib. E.Qocayev əmək bazarının tələbələrinə uyğun kadr hazırlığında SABAH mərkəzinin rolunun böyük olduğunu qeyd edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.