UNEC-in Maliyyə və mühasibat fakültəsində “Su hövzələrinin çirklənməsi problemləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maliyyə və mühasibat fakültəsinin dekanı, iqtisad elmləri namizədi Hafis Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin su ehtiyatlarından səmərəli istifadəni təmin etmək üçün əlavə tədbirlər haqqında müvafiq sərəncamını və bu sahədə müəyyənləşdirilmiş 2020-2022-ci illər üçün Tədbirlər Planı haqda məlumatı diqqətə çatdırıb.
UNEC-in Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı kafedrasının baş müəllimi, coğ.f.d. Firuzə Cəfərova tədbirdə müvafiq təqdimatla çıxış edərək, sürətli sənayeləşmə, çirkab suların su hövzələrinə axıdılması, su ehtiyatlarından sui-istifadə məsələlərinə diqqət çəkib, gələcəkdə ciddi su çatışmazlığı problemi ilə üzləşməmək üçün sudan səmərəli və qənaətlə istifadənin, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsinin təşkili imkanları barədə söz açıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.