UNEC-in Maliyyə və mühasibat fakültəsində 28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib.
Fakültənin dekanı dosent Hafis Hacıyev Mayın 28-də qeyd olunan Müstəqillik Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb. Hafis Hacıyev qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət olduğunu bildirib və müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında milli diplomatiyanın rolunun da bir o qədər mühüm yer tutduğunu qeyd edib.
UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru Elnur Sadıqov “Müstəqillik və Azərbaycan iqtisadiyyatının inkişafı” mövzusunda çıxış edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tariximizdəki yeri və rolundan, dövlət və ordu quruculuğu, iqtisadiyyatın, təhsil və mədəniyyətin inkişafı sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb və həmin dövrdə atılan addımların Azərbaycan xalqının milli özünüdərkinə mühüm töhfələr verdiyini qeyd edib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.