UNEC Kitabxana İnformasiya Mərkəzinin "UNEC kitabxanalarında ən çox oxunanlar" adlı layihəsinin kitab müzakirəsi İqtisadiyyat fakültəsinin dəstəyi ilə UNEC-in 2 saylı tədris binasının kitabxanasında təşkil edilib.
Tələbələrin təşəbbüsü ilə keçirilən müzakirədə UNEC-in fəal tələbəsi Nərgiz Əsgərova çıxış edərək, bu gün müzakirə ediləcək şəxsi inkişafa dair bir neçə kitab barədə məlumat verib.
Sonra İqtisadiyyat fakültəsinin dekan müavini Rahim Mürsəlov tələbələrə kitabların onların dünyagörüşündə və təhsillərində, eyni zamanda gələcək tədqiqatlarında əhəmiyyətli rol oynadığını bildirib.
Daha sonra UNEC-in 2 saylı tədris binasının kitabxana əməkdaşı Yeganə xanım kitabxanadakı müxtəlif dillərdə olan şəxsi inkişaf kitabları barədə tələbələrə ətraflı məlumat verib.
Tədbirdə tələbələr bu həftə UNEC-də keçirilən kitab-satış yarmarkasından aldıqları "A-dan Z-yə Marketinq" və "Sosial Media Marketinq" kitablarını müzakirə edib, "A-dan Z-yə Marketinq" kitabında "Brend", "Marketinq İnstrumentarisi", "İnternet və Elektron Biznes", "İctimaiyyətlə Əlaqələr" bölmələri barədə fikirlərini bildiriblər.
Tədbir çərçivəsində müzakirə edilən ən yaxşı sosial platformalar, sosial medianın marketinq üçün faydaları, brendin avtoritetinin yüksəldilməsi məsələlərinin müzakirəsi tələbələrin xüsusi marağına səbəb olub.