A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində şəhid olan məzun tələbələrimizin övladları üçün “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid ailələri ilə yanaşı UNEC Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev, Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, 24/7 kitabxanasının müdiri Arzu Məmmədova və fəal tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları UNEC-də şəhidlərin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksini ziyarət edib, şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra tədbir iştirakçıları 24/7 kitabxanasında olublar, tələbələr kitabxana haqqında tədbir iştirakçılarını məlumatlandırmış, uşaqlara kitablar haqqında maraqlı məlumatlar vermişlər.

Sonda uşaqlara maraqlı şou proqramı göstərildi və onlara bayram hədiyyələri təqdim olundu.

TOP XƏBƏRLƏR