A

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC məzunu Mürsəl Kazımlının adının əbədiləşdirilməsi məqsədilə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyini, UNEC-in Maliyyə və mühasibat fakültəsinin dekanı dos. Hafis Hacıyev, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin üzvləri və tələbələr və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, vətən oğullarımızın qəhrəmanlıqlarından danışıblar. Şəhidlərin adlarını daim yaşatmağın, onların xatirəsini əziz tutmağın ən müqəddəs borc olduğunu, Mürsəl Kazımlının adına xatirə kompleksinin açılmasının da məhz bu amala xidmət etdiyini bildiriblər.

Fakultə dekanı, şəhidin müəllimi Hafis Hacıyev isə Mürsəl Kazımlı ilə bağlı xatirələrini bölüşüb, onun savadlı, bacarıqlı, vətənini sevən bir gənc kimi yaddaşlarda əbədi qaldığını deyib.

Sonra abidə kompleksinin açılışı olub.

TOP XƏBƏRLƏR