Bakı SOS Uşaq kəndində böyümüş, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində olan Bakı Qida Sənayesi Kollecinin məzunu, şəhid Səbuhi Əhmədov 12-14 sentyabrda Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısının alınması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edərək, məzarı önünə gül dəstələri düzüblər, əziz xatirəsini ehtiramla yad ediblər.