Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən təntənəli şəkildə qeyd olunur.
Bu münasibətlə Mühəndislik fakültəsi və Qiyabi Əlavə Təhsil Mərkəzinin Tələbə Həmkarlar İttifaqı Komitəsi UNEC tələbələrinin hazırladıqları müxtəlif çeşidli şirniyyat və un məmulatlarının satışını həyata keçiriblər.
Böyük maraqla keçirilən aksiyada UNEC-in Mühəndislik və tətbiqi elmlər kafedrasının dosenti Mehriban Məhərrəmova və bir çox müəllim-tələbələr iştirak edib.
UNEC tələbələrinin aksiyadan əldə etdikləri vəsaitin körpələr evinə təqdim olunacağı nəzərdə tutulub.