A

Noyabrın 5-də UNEC-in Mühəndislik fakültəsinin məzunu, Vətən müharibəsi şəhidi Məmmədov Bəhruz Tahir oğlunun anım günü olub.

Şəhidin anım günündə Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov, "Mühəndislik və tətbiqi elmlər" kafedrasının ixtisas rəhbərləri dosent Mehriban Məhərrəmova, dosent Mövlud Hüseynov, fakültə THİK sədri Rövşən Kərimov şəhid Bəhruz Məmmədovun Yevlax rayonunun Xaldan kəndində yaşadığı evdə ailəsi ilə görüşüblər.

UNEC-in kollektivi ailə üzvləri ilə birlikdə şəhidin məzarını ziyarət ediblər. Müəllimlər ölümündən sonra “Füzulinin azadlığı uğrunda”, “Şuşanın azadlığı uğrunda” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Bəhruzun məzarı üzərinə gül dəstələri düzərək, şəhidin xatirəsini ehtiramla yad ediblər.

Allah rəhmət eləsin!

TOP XƏBƏRLƏR