Dekabrın 6-da Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Ülvi Hacıyevin anım günü idi.
Anım günündə UNEC Biznes Məktəbinin əməkdaşları ,UNEC-in THİK sədri İlkan Əliyev və fəal tələbələr iştirak ediblər. UNEC kollektivi İkinci Şəhidlər Xiyabanında dəfn olunan şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə əklil və gül dəstələri düzüblər.