UNEC-in Maliyyə və mühasibat fakültəsində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekanı dosent Hafis Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı və milli dövlətçiliyinin qorunub möhkəmləndirilməsi istiqamətində tarixi xidmətlərindən danışıb.
Maliyyə və audit kafedrasının müdiri professor Əvəz Ələkbərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsi və dövlət idarəçiliyi təcrübəsindən, Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən, davamlı iqtisadi inkişafın təmin edilməsində, Azərbaycanın neft strategiyasının həyata keçirilməsindəki misilsiz rolundan bəhs edib. Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyduğu, bütün sahələrdə böyük nailiyyətlərin əldə olunduğu, Azərbaycanın beynəlxalq səviyyədə böyük reytinq qazandığını vurğulayıb.