A

İqtisadiyyat və idarəetmə fakültəsi nəzdində “Yaşıl dünya” ekoklubunun təşkilatçılığı ilə “Azərbaycanda tullantıların idarə olunması istiqamətində layihələr və onların əhəmiyyəti” adlı tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan dekan müavini Zeynəb Qiyasova dövlət proqramlarının icrası məqsədilə fakültədə ekoloji maarifləndirmə tədbirlərinin mütəmadi təşkil olunduğunu diqqətə çatdırıb.

“Yaşıl dünya” ekoklubunun rəhbəri dos.Afaq Hacıyeva ekoloq tələbələrin təşəbbüskarlıq fəaliyyətləri haqqında ətraflı məlumat verib. Tədbirin məruzəçisi Az Green MMC-nin layihə meneceri Pərvanə Xıdırova “yaşıl dünya”nın qurulması məqsədilə həyata keçirilən layihələrdən, ekokönüllülük fəaliyyətindən bəhs edib, tələbələri maraqlandıran sualları cavablandırıb.

İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müdiri, dos.Elşən Məmmədov isə ətraf mühitin qorunmasında dövlət-özəl sektorların əməkdaşlığının istiqamətləri barədə məlumat verib.

TOP XƏBƏRLƏR