UNEC İnklüziv Təhsil Mərkəzi və Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş “Sənətimiz sizin üçün” adlı sərgi-satışı keçirilib.
Tədbirdə UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova, Rus İqtisad Məktəbinin direktoru Mənsur Bərxudarov, “Bacarıqlı Əllər Dünyası” İB-nın rəhbəri Azadə Məmmədova, 1 saylı əlilliyi olan şəxslərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova, universitetin və digər dövlət və özəl qurumların nümayəndələri də iştrak edib.
Tədbirdə UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova sərgi barədə qonaqlara məlumat verib.
Sonra satış-sərgini ziyarət edənlər əlilliyi olan uşaq və yeniyetmələrin, qazilərin, şəhid övladlarının bir-birindən maraqlı əl işləri ilə tanış olublar.