A

UNEC ilə Dövlət Məşğulluq  Agentliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan peşə hazırlıq kursları uğurla yekunlaşıb.

“İnsan resursları” və “Mühasib” üzrə peşə hazırlığı kurslarını bitirən 43 nəfər işsiz statuslu vətəndaşa sertifikatların təqdimolunması mərasimi keçirilib.

Tədbirdə Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov peşə hazırlığı kursunun əhəmiyyətindən danışıb. Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli isə Mərkəzdə keçirilən təlimlər və layihələr barədə məlumat verib.

Sonra UNEC Ömürboyu Təhsil Mərkəzi tərəfindən təşkil olunan “İnsan resursları” və “Mühasib” üzrə peşə hazırlığı kurslarının məzunlarına sertifikatlar təqdim olunub.

Kursu uğurla bitirən məzunları təbrik edən R.Qasımov, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüş zamanı məzunlarla karyera imkanları barədə müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR