A

Milli Məclisin Gənclər və idman komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gənclər Günü münasibətilə millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri, tələbələr, Vətən müharibəsi iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Ulu öndər Heydər Əliyev müasir Azərbaycan gənclər siyasətinin banisidir” adlı tədbir çərçivəsində təşkil olunan ziyarətdən sonra tədbirin rəsmi hissəsinin açılışı olub. Rəsmi açlılışda tələbə rektor Cabbar Cəlilov UNEC-i təmsil edib.

Çıxışlardan sonra tədbir iştirakçıları Milli Məclisdə komitələrinin iş fəaliyyəti ilə tanış olublar.

TOP XƏBƏRLƏR