A

UNEC Ömürboyu Təhsil Mərkəzində təşkil olunan Rəqəmsal marketinq kursunun sertifikasiya tədbiri keçirilib.

Ömürboyu Təhsil Mərkəzinin direktoru Qələndər Məmmədli və kursun təlimçiləri Elşən Cəfərov və Vüqar Bəykişiyev məzunlarla tədris prosesi, əldə etdikləri bilik və bacarıqların onların həyatındakı rolu və iş fəaliyyətinə təsiri ilə bağlı fikir mübadiləsi aparıblar. Namizədlərə gələcək karyeralarında uğurlar arzulayıblar.

Sonda kursu uğurla başa vuran namizədlərə UNEC-in sertifikatı təqdim olunub.

Xatırladaq ki, UNEC Ömürboyu Təhsil Mərkəzində hazırda davam edən kurslara yazılmaq və ya kurslar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz.

Tel: +99412 4414539
Mobil/whatsapp: +99470 515 16 18
e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
web: lifelong.unec.edu.az

TOP XƏBƏRLƏR