A

Fevralın 22-də UNEC-in Biznes və menecment fakültəsində Xocalı soyqırımının otuz birinci ildönümünü ilə bağlı tədbir keçirilib.

Tədbirdə fakültənin müəllim və tələbə heyəti ilə yanaşı, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, Respublika Qarabağ Qazilər İctimai Birliyinin müavini Ədalət Məhərrəmov da iştirak edib.

Öncə Xocalı soyqırımında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir çıxış edən fakültə dekanı dos.Mirağa Əhmədov, Respublika Qarabağ Qazilər İctimai Birliyinin müavini Ədalət Məhərrəmov, Biznes və logistika kafedrasının müdiri Məhəmməd Əliyev Xocalı soyqırımı zamanı baş vermiş faciənin dəhşətlərindən, erməni mənfurlarının işğalçı siyasətinin məqsədindən söz açıblar.

UNEC-də Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslərin keçirdiyi tədbir iştirakçılarının nəzərinə çatdırlıb.  

TOP XƏBƏRLƏR