Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan UNEC-in məzunları Məzdək Eyvazlı və Cəbizadə Əbilin fevralın 26-da doğum günləri idi.
Yaşasaydılar Şəhid Eyvazlı Məzdəkin 27, şəhid Cəbizadə Əbilin 30 yaşı olacaqdı.
Şəhidlərin doğum günləri münasibəti ilə şəhidlərin ailəsi ilə birlikdə Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və tələbələr Sumqayıt Şəhidlər xiyabanında Cəbizadə Əbilin, sonra Lökbatan Şəhidlər xiyabanında Eyvazlı Məzdəkin məzarlarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, onların əziz xatirəsini ehtiramla yad ediblər.