UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin İqtisadiyyat və idarəetmə fakültəsi və Kitabxana İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan ədəbi-bədii tədbir keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Müşrəvan Əliyev tədbirdə çıxış edərək, Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti haqqında geniş məlumat verib.
Tədbirdə fakültə katibi Pərviz Səmədov Xocalı faciəsindən, bir gecə içərisində qədim Xocalının yerlə yeksan edilməsindən danışıb.
Daha sonra tədbir bədii hissə ilə davam edib.