UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə UNEC THİK-in sədri İlkan Əliyev bayram münasibətilə tələbələri təbrik edərək, qadın hüquq və azadlıqları, ölkənin bu sahədə tutduğu siyasi mövqeyi və həyata keçirdiyi dövlət proqramları, qadınların ölkənin ictimai-siyasi həyatındakı və gələcək nəslin tərbiyəsindəki misilsiz rolundan danışıb.
HəmçininUlu öndər Heydər Əliyevin banisi olduğu dövlət qadın siyasətindən, müstəqil Azərbaycanın qazandığı böyük uğurlarda xanımların da misilsiz xidmətlərinin olduğunu vurğulayıb. Tədbirdə THİK fakültə sədrləri də xanımlarla bağlı öz təbriklərini söyləyiblər.
Daha sonra İlkan Əliyev THİK-in fəal tələbələrinə hədiyyələr və Təşəkkürnamə təqdim edib.