A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında 31 Mart Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə filialın direktoru, professor Orucəli Rzayev çıxış edərək, ermənilərin zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımları, etnik təmizləmə və deportasiya siyasəti barədə məlumat verib. Orucəli Rzayev Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğının xalqımızın tarixinə qanlı hərflərlə yazıldığını bildirib. Orucəli Rzayev çıxışında 31 mart soyqırımının ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanıyla ilk dəfə dövlət səviyyəsində qeyd edildiyini diqqətə çatdırıb.

Tədbirdə filialın İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dosent Səfər Razıyev, kafedranın baş müəllimi Qüdrət Qırtımov, TGT-nin sədr müavini Fatimə Qardaşova çıxış edərək 31 Mart Soyqırımının Azərbaycan tarixində, hətta dünya miqyasında erməni daşnaklarının törətdiyi cinayətləri kəskin tənqid edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının əhəmiyyətindən danışmışlar. Tədbirdə həmçinin 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri Soyqırımı zamanı Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni daşnaklarının qanlı qırğınlar törətdikləri və Soyqırım nəticəsində minlərlə azərbaycanlının qətlə yetirildiyi vurğulamışdır.

Sonda tələbələrin hazırladıqları Soyqırıma həsr olunmuş videoçarx nümayiş olunub.

TOP XƏBƏRLƏR