UNEC Ekstern Mərkəzində tyutor hazırlığı üzrə distant formada sertifikat proqramı tədris edilir.
Sertifikat proqramının təşkilində məqsəd Azərbaycan Respublikası təhsil qanunvericiliyinin və Bolonya prosesinin tələbləri nəzərə alınmaqla tədris prosesinin hər mərhələsində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır.
Sertifikat proqramında iştirak edənlər olduqları məkandan ayrılmadan UNEC Ekstern Mərkəzində keçirilən dərsləri online dinləyə bilirlər. Kursun proqramı tədris prosesinin bütün mərhələlərini əhatə edir və bu sahədə UNEC-in təcrübəli müəllimləri öz bliklərini və praktik təcrübələrini təlim iştirakçıları ilə paylaşırlar.
Proqram 3 ay müddətinə təşkil olunacaqdır. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar topladıqları bala uyğun sertifikatla təmin olunacaqlar.