UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində icmal mühazirələr keçiriləcək.
Distant dərslərdə iştirak edə bilməyən tələbələrin müracəitlərinə əsasən keçiriləcək ödənişsiz icmal mühazirələr müvafiq fənn üzrə sillabusda nəzərdə tululmuş mövzuların ümumi məzmununu, imtahan sualları üzrə sual-cavabı əhatə edəcək.
Bu məqsədlə kollec rəhbərliyi ilə icmal mühazirələrdə iştirak edəcək tələblər arasında onlayn görüş təşkil olunub. Görüşdə kollecin direktoru, dosent Oruc Məmmədov onlayın rejimdə keçiriləcək icmal mühazirələrin mahiyyətindən, onlayın dərslərdə tələbə-müəllim münasibətlərindən danışıb, onlara tövsiyələrini verib.
Görüşdə tələbələrin sualları cavablandırılıb.