A

UNEC-də “Çevrilmiş təhsil” tədris metodunun tətbiqi ilə bağlı müəllimlər üçün təlim proqramlarına start verilib.

Təlimlər Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov, Türkiyənin MEF universitetinin mərkəz direktoru Paker Doğu Özdemir və UNEC-in müəllimləri Azər Mehtiyev, Əkbər Şahin, Aysel Quliyeva tərəfindən aparılır.

Qeyd edək ki, regionda ilk dəfə olaraq, UNEC-də yeni tədris ilindən dərslər 38 fənn üzrə 62 qrupda “Çevrilmiş təhsil” (Flipped Education) tədris metoduna uyğun təşkil edilir. Dünyanın aparıcı universitetlərində (Harvard, Kaliforniya, Vaterloo, Boston, Clemson) tətbiq olunan metodun əsas özəlliyi biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir. Dərs zamanı isə tələbələrin mənimsədikləri biliklərin praktiki bacarıq və tətbiqlərə çevrilməsi prosesi həyata keçirilir. Elektron resurslarla yanaşı, dərsdən kənar saatlarda müəllim-tələbə arasında UNEC EDUMAN sistemi üzərindən yaradılmış “Kommunikasiya paneli” vasitəsilə mövzu üzrə tapşırıqlar ötürülür, cavablandırılır və müzakirələr aparılır.

TOP XƏBƏRLƏR