Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsi ilə ICEF (International Consultants for Education and Fairs) arasında onlayn görüş keçirilib.
Görüşdə UNEC-in Beynəlxalq Əlaqələr üzrə prorektoru, i.f.d. Hüseyn Həsənov, Xarici əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, şöbənin əməkdaşları Rəsul Yusibov, Xanım Ağadadaşova və Günel Cəlilova iştirak ediblər.
Görüş zamanı UNEC-in beynəlxalq fəaliyyət istiqamətləri, xarici tələbələrin cəlb edilməsi sahəsində görülən işlər və universitetin qlobal təhsil məkanında mövqeyinin gücləndirilməsi ilə bağlı planlar ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda ICEF-in beynəlxalq təhsil sərgiləri, peşəkar şəbəkələşmə imkanları və ali təhsil müəssisələri üçün təqdim etdiyi əməkdaşlıq formatları müzakirə olunub.
Sonda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əlaqələrin davam etdirilməsi və gələcək əməkdaşlıq imkanlarının araşdırılması barədə razılığa gəliblər.