A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi bu il də ənənəsini davam etdirərək, Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

UNEC rektoru professor Ədalət Muradov müəssisənin qocaman sakinlərini bayram münasibətilə təbrik edərək, onlara sevgi və qayğı göstərməyin hər birimizin mənəvi borcu olduğunu bildirib. Azərbaycan xalqının hər zaman öz ağsaqqallarına və ağbirçəklərinə münasibətdə diqqət və sevgisi ilə fərqləndiyini deyən rektor, gənclərə bu sevgini aşılamağın önəmini vurğulayıb. Rektor ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse prezident Mehriban xanım Əliyevanın daima ahıllara, onların problemlərinin həllinə xüsusi diqqət və qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Faiq Ağayev iştirakçıları bayram münasibətilə təbrik edərək, Mərkəzdə sakinlərə yaradılan şəraitdən, eləcə də dövlət tərəfindən onlar üçün göstərilən diqqət və qayğıdan danışıb.

Sonra Yaradıcılıq Mərkəzinin üzvləri olan tələbələr ahıllar qarşısında şən musiqilər ifa ediblər, eyni zamanda onlarla birlikdə rəqs edərək, ahıl sakinlərə sevinc bəxş ediblər. UNEC-in tələbəsi Rəvan Əliyevin müəllifi olduğu “Ana” şeiri isə hər kəsə duyğulu anlar yaşadıb.

Müəssisənin ağsaqqal sakinləri səsləndirdikləri musiqi və şeirləri ilə hər kəsin qəlbində unudulmaz izlər qoyublar.

TOP XƏBƏRLƏR