YAP Səbail rayon təşkilatının İstiqlaliyyət 6 ünvanında yerləşən ərazi partiya təşkilatı və UNEC-in Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyev və ordu quruculuğuna həsr olunan tədbir keçirilib.
Tədbirin açılışında Ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
“İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov tədbirin açılışında çıxış edərək, Ulu öndər Heydər Əliyevin Azərbaycanda Milli Ordu quruğuculuğunun formalaşdırılması istiqamətində misilsiz xidmətlərindən söz açıb. Ulu öndərin uzaqgörənliyi sayəsində C.Naxçıvanski adına hərbi məktəbin yaradılması ilə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşdırılması üçün kadr probleminin həlli yolunda mühüm addım atıldığını diqqətə çatdıran Ş.Əsgərov, məhz Ümummilli lider Heydər Əliyevin möhkəm təməllər əsasında yaratdığı güclü ordu və Prezident İlham Əliyevin qətiyyəti sayəsində 30 il işğal altında olmuş ərazilərimizin azad olunduğunu bildirib.
Sonra “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentləri Oqtay Məmmədov, İlham Seyidəliyev, hərbi ekspert, ehtiyatda olan polkovnik Elxan Şıxəliyev “Heydər Əliyevin hərbi quruculuq siyasəti tarixi zəfərimizin təməlidir” adlı təqdimatlarla çıxış ediblər.
Tədbirdə Ulu öndər Heydər Əliyevin ordu quruculuğundan bəhs edən videoçarx nümayiş olunub