A

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, YAP Sabunçu Rayon Təşkilatı, Bakı Gənclər Mərkəzi, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində  "Eko festival - 2024" adlı layihə keçirilib.

Layihənin məqsədi sağlam gələcək, ətraf mühiti qorumaq və iqlim dəyişkənliyinin qarşısının alınması sahəsində gənclər arasında maarrifləndirməni artırmaq olub.

Layihə çərçivəsində tədbir iştirakçıları “Təmiz Şəhər” ASC tərəfindən hazırlanan tullantılardan ibarət sərgi ilə tanış olublar.

Sonra dövlət və özəl qurumların, eləcə də akademik sektor nümayəndələrinin iştirakı ilə "Ətraf mühit və gənclər" mövzusunda panel-müzakirəsi keçirilib. UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin layihə meneceri Mirlazım Dadaşovun moderatorluğu ilə keçirilən paneldə COP29-un Təşkilat Komitəsinin üzvü spikerlər Şəbnəm Məmmədova, UNEC Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin direktoru Gülnar Məhərrəmova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Fəridə Ələkbərova, Təmiz Şəhər ASC-in Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Səbuhi Babayev və gənc iqlimçi Yaqub Əhmədov mövzu ilə bağlı maraqlı müzakirələr aparıblar.

TOP XƏBƏRLƏR