A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) istehsalat təcrübəsinin yekununa həsr olunan görüş keçirilib.

Təcrübənin təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə tədris üzrə prorektor dos. Gəray Musayev çıxış edərək, cari ildə müxtəlif ixtisaslar üzrə tədris planına uyğun istehsalat təcrübəsinin təşkili və nəticələri ilə bağlı ətraflı məlumat verib.

Təcrübənin təşkili şöbəsinin müdiri f.ü.f.d. Leyla Nəzirzadə 2023/2024-cü tədris ili üzrə ümumilikdə 3436 tələbənin istehsalat təcrübəsində olduğunu diqqətə çatdırıb. Onlardan 239 nəfərin öz təcrübəsini UNEC-in müvafiq strukturlarında keçdiyini vurğulayıb.

Sonra tələbələrin istehsalat təcrübəsi keçdiyi strukturların rəhbərləri təcrübənin təşkili ilə bağlı fikirlərini bölüşüblər. Müxtəlif strukturların fəaliyyəti ilə bağlı layihələrə cəlb olunmuş tələbələrin verilmiş tapşırıqlar əsasında apardıqları araşdırmaların, gəldikləri nəticələrin və təqdim etdikləri ideya və təkliflərin onlar üçün faydalarından bəhs ediblər, bu ənənənin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Sonda struktur rəhbərlərinə tələbələrin istehsalat təcrübəsini yüksək səviyyədə təşkil etdiklərinə görə “Təşəkkürnamə”lər təqdim olunub.

TOP XƏBƏRLƏR