A

UNEC rektoru professor Ədalət Muradovun iştirakı ilə Dekanlar Şurasının növbəti iclası keçirilib.

Dekanlarla yanaşı, aidiyyatı strukturların rəhbərlərinin də iştirak etdiyi görüşdə UNEC-in İnkişaf Strategiyasında 2024-cü il üçün nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə olunub.

İclasda tədris üzrə prorektor dosent Gəray Musayev xarici müəllimlərin UNEC-də tədrisə cəlb olunması istiqamətində görülmüş işlər və mövcud durum haqqında məlumat verib. Sonra Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə UNEC tələbələrinin stajkeçməsi qaydaları barədə təqdimatla çıxış edib. Bildirib ki, tələbələrin stajkeçməsi onlarda müasir iş dünyasının tələblərinə uyğun bilik, bacarıq və peşəkar səriştələrin formalaşdırılması, tələbələri real iş mühiti ilə tanış etmək məqsədilə hazırlanıb. Təqdimatdan sonra dekanlar stajkeçmə ilə bağlı təkliflər səsləndiriblər.

UNEC-in tələbə rektoru Nihad İsgəndərov isə bu ilin sentyabr ayında tələbələr arasında aparılmış anonim sorğunun nəticələri barədə çıxış edib. Bildirib ki, sorğuda tələbələrin daha çox toxunduqları məsələ tədris materiallarının keyfiyyəti, tələbə yeməkxanalarında yeməklərin qiyməti, çeşidi və s. barədə olub. Nihad İsgəndərov yeməkxana ilə bağlı məsələnin UNEC rektoru ilə müzakirədən sonra öz həllini tapdığını, digər məsələlərin isə aidiyyatı struktur rəhbərləri ilə müzakirə edilərək, həlli istiqamətində tədbirlərin görüldüyünü deyib.

TOP XƏBƏRLƏR