A

UNEC “Abituriyent aylığı” çərçivəsində İqtisadiyyat və idarəetmə fakültəsinin nəzdində fəaliyyət göstərən kafedraların müəllimləri abituriyentlərlə görüşüblər.

Görüşlər “E-Learn” hazırlıq kursu, “Missiya” tədris mərkəzi və “Esperanto Education” tədris kurslarında keçirilib.

Tədbir çərçivəsində fakültənin dekan müavini b.m. Mehriban Kərimzadə, "İqtisadiyyat" kafedrasının ixtisas rəhbərləri dosentlər Vildan Rizayeva, Günay Pənahova, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov, müəllim Fidan Qurbanova UNEC-də tədris olunan ixtisaslar, fakültənin fəaliyyəti, elektron universitet, ikili diplom, tələbə rektor, əlaçı təqaüdü, tədrisin keyfiyyəti və tələbələr üçün yaradılan imkanlar barədə ətraflı məlumat veriblər.

Sonda abituriyentlərin sualları cavablandırılıb və onlara ixtisas seçimi ilə bağlı tövsiyələr verilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay