Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Özbəkistan Respublikasının Fərqanə şəhərində keçirilən “Təhsil və Peşə 2025” adlı beynəlxalq təhsil sərgisində uğurla iştirak edib.
Sərgidə Koreya, Türkiyə, Malta, Litva, Özbəkistan və digər ölkələrin dövlət və özəl ali təhsil müəssisələri təmsil olunub.
Universiteti Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Gültac Tahirli və Xarici Əlaqələr şöbəsinin mütəxəssisi Xanım Ağadadaşova təmsil ediblər.
Sərgi çərçivəsində UNEC nümayəndələri iştirakçı məktəb müəllimləri və şagirdlərinə universitetin əcnəbi tələbə qəbulu proseduru, təhsil imkanları, beynəlxalq tələbə mübadiləsi və ikili diplom proqramları haqqında ətraflı məlumat veriblər. Təqdimatlar ingilis, türk və rus dillərində həyata keçirilib, sərgi iştirakçıları UNEC-in geniş təhsil imkanları və beynəlxalq əməkdaşlıq potensialı ilə yaxından tanış olublar.