Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) idarəetmənin təkmilləşdirilməsi və struktur islahatları çərçivəsində katiblik institutu yaradılır. Katibliyin yaradılmasında əsas məqsəd Rektorluq və Fakültələr səviyyəsində strateji və operativ (cari) idarəetməni bir-birindən ayırmaqdır. Bu isə bütövlükdə UNEC-də idarəetmənin effektivliyinin və səmərəliliyinin artırılmasına xidmət etməkdir.Katiblik institutu Universitet Katibliyi, Fakültə Katiblikləri və Kafedra Katibləri olmaqla ierarxik ardıcıllıqla təşkil ediləcək. İnstitutunun yaradılmasından sonra univeristet əməkdaşları və tələbələrə göstərilən inzibati xidmətlərin keyfiyyətliliyinin, operativliyinin və fasiləsizliyinin mühüm dərəcədə yüksələcəyi nəzərdə tutulur.İnstitutun yaradılması ilə bağlı UNEC rektorun müşaviri dos. Elşən Bağırzadə UNEC Elmi Şurasının sonuncu iclasında geniş təqdimatla çıxış edib. Yeni yaradılacaq katiblik institutu haqqında daha ətraflı məlumat üçün: