Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzində universitetin inzibati-akademik heyəti üçün “Etik, davranış, akademik və inzibati mədəniyyət” mövzusunda təlim təşkil olunub.
Təlim “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müəllimi Rəşad Əbilzadə tərəfindən keçirilib. Təlim zamanı iştirakçılara etik davranış qaydaları, akademik mühitdə ünsiyyət mədəniyyəti, inzibati münasibətlərdə peşəkar yanaşma, eləcə də müasir işgüzar davranış prinsipləri barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.