Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillərin Tədrisi Mərkəzində Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinin müdiri Ramil Hacıyev və şöbə rəhbərləri Gülçöhrə Fərhadova, Türkanbəyim Əhmədli və Aida Məxsudovanın iştirakı ilə əməkdaşlıq görüşü keçirilib.
Keçirilən dəyirmi masada UNEC-i Xarici Dillərin Tədrisi Mərkəzinin müdiri, baş müəllim Aynur Mirzəyeva, proqram rəhbərləri, baş müəllimlər Pərvanə Abbasova, Nigar Mirzəliyeva, Aytən Xəlilli, Ofelya Ələkbərova və müəllim Fuad Dadaşov təmsil ediblər.
Görüş zamanı hər iki ali təhsil müəssisəsində xarici dillərin tədrisi sahəsində tətbiq olunan yanaşmalar, tədris prosesinin təşkili və əldə olunan təcrübələr barədə müzakirələr aparılıb, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilib.
Tərəflər müəllim və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə layihələrin təşkili, eləcə də akademik əməkdaşlığın genişləndirilməsi istiqamətində perspektivləri müzakirə ediblır. Görüşdə ali təhsil müəssisələri arasında təcrübə mübadiləsinin tədrisin keyfiyyətinin yüksəldilməsinə və yeni əməkdaşlıq imkanlarının formalaşmasına mühüm töhfə verəcəyi vurğulanıb.
Sonda birgə təşəbbüslərin həyata keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə dair razılıq əldə olunub.