A

Noyabrın 4-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin tələbələri ilə Azərbaycan Mühasib və Risk Peşəkarları Assosiasiyası (Azerbaijan Accountants and Risk Professionals Association) (ARPA) nümayəndələrinin görüşü keçirilib.Fakültə dekanı, dosent Gəray Musayev dövlət və özəl qurumların nümayəndələri ilə görüşlərin keçirilməsinin innovativ ideyalara malik gənclərin gələcək karyerasında mühüm rol oynadığını bildirib. UNEC-də bu cür tədbirlərin mütəmadi olaraq keçirildiyini, özəl və dövlət müəssisələri ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edib.

ARPA-nın icraçı direktoru Fərrux Əliyev təmsil etdiyi qurum haqqında tələbələrə geniş məlumat verərək assosiasiya tərəfindən təqdim olunan müxtəlif sertifikasiyalar üzrə tələbələr üçün güzəştlərin olduğunu diqqətə çatdırıb.

Sertifikasiya üzrə direktor Gülnar Hacıyeva milli mühasibat sertifikasiyası -  “Mühasiblərin Peşəkar Sertifikasiyası” barədə ətraflı məlumat verib. Assosiasiyanın üzvlük üzrə meneceri Elnur Vəliyev isə seminarlarda iştirak və sertifikasiya üçün “ARPA-ya üzv olmanın üstünlükləri” mövzusunda təqdimatla çıxış edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR