Moskvanın “Экономика” nəşriyyatının kommersiya işləri üzrə direktoru, iqtisad elmlər namizədi Leyla İsmayılova UNEC-də qonaq olub.
UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədovanın təşkilatçılığı ilə keçən görüşdə Rus İqtisad Məktəbinin “İqtisadiyyat” (rus dilində) kafedrasının müdiri prof. Müslüm İbrahimov, Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubov, “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Rauf Quşxani, Rəqəmsal media şöbəsinin müdiri Zaur Əziz iştirak ediblər.
Müslüm İbrahimov UNEC-dəki aktual tədris ədəbiyyatının əldə edilməsi, dərsliklərin tərcüməsi və bu istiqamətlərdə görülən işlərdən danışdı. Daha sonra görüşdə Azərbaycan və Rusiyanın elmi potensialının yüksəldilməsi, təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə iqtisadi ədəbiyyatın yayımlanması üçün qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparıldı. Eləcə də, UNEC kitabxanasının Rusiyanın məşhur nəşriyyatının universitetin profilinə uyğun ədəbiyyatla zənginləşdirilməsi, mütəmadi kitab təqdimatları və sərgilərinin keçirilməsi və digər məsələlər ərtafında da müzakirələr edildi.
Sonra Leyla İsmayılova UNEC 24/7 kitabxanasına “Экономика” nəşriyyatının bir sıra kitablarını və “Горизонты экономики” jurnalını hədiyyə etdi.