A

UNEC-də yeni tədris ilinin ilk Elmi Şurası keçirilib.

Elmi Şurada Tədris və təlim texnologiyaları üzrə prorektor dos. Gəray Musayev 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının nəticələri haqqında hesabatla çıxış edib. Məruzədə bakalavr, magistratura səviyyələri üzrə nəticələr açıqlanıb, eləcə də nəticələrin fakültələrarası müqayisəli təhlili aparılıb.

Prorektor cari tədris ilinə hazırlıqla bağlı da məlumat verib. Bildirilib ki, tədrisin semestr əsaslı təşkil oluncaq və bakalavr səviyyəsi üzrə qiymətləndirmə 100 bal üzrə 20+30+50 qaydasında həyata keçiriləcək. Burada 20 bal tələbənin aktivliyinə, 30 bal ara qiymətləndirmə və 50 bal yekun imtahanına aid ediləcək. Tələbələrin dərslərdə iştirakı ilə bağlı davamiyyət limiti tətbiq ediləcək, davamiyyətə görə bal verilməyəcək. Bu ildən Xarici dildə işgüzar yazışmalar və kommunikasıya fənninin (İngilis dili) tədrisi də yeni formada təşkil ediləcək. Tələbələr test imtahanından keçərək bilik səviyyələrinə görə, yeni qəbul olmuş tələbələr isə qəbul imtahanlarında topladıqları ballara uyğun qruplar üzrə xarici dil dərslərinə yerləşdiriləcəklər.

Cari tədris ilində UNEC-də UDİD və Minor proqramlarının tətbiqinə başlanıldığı, proqramlara ixtisaslar üzrə tələbələrin seçimlərinin tamamlandığı da bldirilib.

Sonra Rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov UNEC-də 2021/2022-ci tədris ilinə hazırlıq haqqında məruzə ilə çıxış edib. Məruzədə EDUMAN sistemində payız semestri üzrə görülən işlər, sistemə əlavə olunan yeniliklər, hidrid auditoriyaların qurulması və tədris prosesinə hazırlıq barədə ətraflı məlumat verilib. Bütün tədris binalarının yeni tədris ilinə hazır olduğunu, eləcə də professor-müəllim heyətinin, təhsilalanların və əməkdaşların COVID-19 pasportlarının və immunitet sertifikatlarının yoxlanılması üzrə təlimatın hazırlandığını deyib.

Şurada Qiyabi və əlavə təhsil mərkəzinin direktoru, dosent Səbuhi Tanriverdiyev  yay semestrinin yekunları haqqında hesabatla çıxış edib və nəticələrin təhlilini aparıb.

UNEC İmtahan mərkəzinin direktoru dosent Söhrab İsayev 2021/2022-ci tədris ilinin yay imtahan sessiyasının nəticələri barədə məlumat verib. Hesabatlar dinlənildikdən sonra şura üzvləri tərəfindən qəbul edilib.

Elmi Şurada UNEC rektoru, professor Ədalət Muradov bir sıra dəyişikliklər barədə təkliflər səsləndirib.

Şura üzvlərinin səsverməsi ilə UNEC-də “Beynəlxalq ticarət və logistika” kafedrasının yaradılması barədə qərar qəbul edilib.  “Maliyyə və maliyyə insitutları” kafedrası ilə “Mühasibat uçotu və audit” kafedrası birləşdirilərək, “Maliyyə və mühasibat” kafedrası yaradılıb. Elektron universitet şöbəsi “Təhsil və təlim texnologiyaları şöbəsi” adlandırılaraq, UNEC Ekstern Mərkəzinin tərkibinə verilib. “Tədris-metodiki mərkəz” ilə “Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi mərkəzi” birləşdirillərək “Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi” yaradılıb.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

Yeni tədris ilindən inzibati işçilərin əmək haqqının differensiallaşdırılması istiqamətində işlərə start verildiyi, inzibati işçilərin əməyinin qiymətləndirilməsi ilə bağlı yeni model təqdim olunacağı deyilib.

TOP XƏBƏRLƏR