A

UNEC-in Elmi Şurasının qərarı ilə “Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inzibati heyətin  xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqında” qaydalar təsdiqlənib.

Qaydaların tətbiqinin məqsədi UNEC-in inzibatı heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək, əmək haqlarını diferensiallaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq, eləcə də inzibati heyətin fəaliyyətinin UNEC-in inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir.

Xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində formalaşan reytinq siyahısına əsasən, inzibati heyətə sertifikatlar təqdim olunacaq. Növbəti illərdən isə əməkdaşların vəzifə maaşlarına əlavələrin edilməsi nəzərdə tutulur.

UNEC-in inzibati heyətini qaydalarla tanış etmək məqsədilə inzibati və təşkilatı məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov və İnsan resursları şöbəsinin müdiri Nizami Qəhrəmanovun iştirakı ilə  bütün fakültə, mərkəz, məktəb, departament, şöbə və digər strukturlarda çalışan inzibati heyətlə maarifləndirici görüşlər keçirilir.

 

TOP XƏBƏRLƏR