A

QIDAKOLLECI.EDU.AZ

Zəfərimiz mübarəkdir, Azərbaycan! 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Tarixi günlə bağlı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin “Zəfər səninlədir, Azərbaycan!” adlı tədbiri hazırlanmış, mövcud şəraitlə əlaqədar olaraq Nizami rayonu Namiq Həmzəyev adına 238 saylı tam orta məktəbinin akt zaklında keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İlk olaraq kollecin direktoru Vilayət İsmayılov çıxış etmiş, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlıqlarından söhbət açmışdır. Daha sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Nuru Mikayılov Qarabağ həsrətinin zəfər müjdəsindən söz açmışdır. Bədii hissəyə keçməzdən öncə zəfərimizin keçdiyi yola tarixçi gözü ilə baxmaq üçün kollecimizin tarix müəllimi Xəyalə Həsənova çıxış etmişdir. 

Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunmuşdur.  Zəfərimizə həsr olunmuş şeirlər söylənilmiş, mahnılar ifa edilmiş, 44 günlük müharibənin həyəcanlı günlərini əks etdirən kiçik səhnəcik izləyicilərə nümayiş etdirilmişdir. Tədbirin davamı ordunu qüdrətli edən bayrağımızından danışılmışdır. Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir.

Tədbirin sonunda Tərbiyə işlər üzrə direktor müavini Sevinc Həmzəyeva  çıxış edərək təqdim olunan tədbir üçün tələbə və müəllim kollektivinə, ev sahibliyi edən məktəb rəhbərliyinə təşəkkürünü bildirərək tarixi zəfərimizin bu cür gözəl təqdim olunmasını yüksək qiymətləndirmişdir.

Bəli, Zəfər. Qanımızla, canımızla qazandığımız Zəfər. Düşmənin 44 günün sonunda diz çökməsi, torpaqlarımızın erməni faşizminin zülmündən qurtulması, Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi gətirdi bizə bu Zəfəri.

Zəfər səninlədir, Azərbaycan.! 

 

TOP XƏBƏRLƏR